Maliyyə Nazirliyində yeni - Təyinat

Maliyyə Nazirliyində yeni   - Təyinat

Maliyyə Nazirliyinin (MN) ləğv edilmiş Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəis müavini Müşfiq İsrafilova yeni vəzifə verilib.

Aktual.az Report-a istinadən xəbər verir ki, o, Nazirliyin vergi siyasəti və gəlirlər şöbəsinin müdir müavini təyin edilib.

Xatırladaq ki, DSNX-nın rəisi Namiq Xəlilov da Nazirlikdə işlə təmin olunub. Hazırda o, nazirin müşaviri vəzifəsində çalışır.

DSNX-nin işsiz qalmış digər 14 əməkdaşının isə MN-in müxtəlif şöbələrinə yerləşdirilməsinə başlandığı bildirilir.

Xatırladaq ki, MN sığorta bazarı ilə bağlı səlahiyyətlərini bu ilin əvvəlində itirib. 

Prezident İlham Əliyevin fevralın 3-də imzaladığı fərmanla Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb və ləğv edilən DSNX-nin səlahiyyətləri yeni quruma verilib.

Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR