22-30 oktyabr tarixində Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu tərəfindən Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.
Bu barədə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Festivalda Braziliya, Gürcüstan, İsveç, İspaniya, Fransa, Avstriya, Türkiyə, İtaliya, Norveç, Niderland, Almaniya, Macarıstan, Litva, Yaponiya və Kolumbiyadan olan məşhur musiqiçilərin iştirakı nəzərdə tutulub.