Bakıda intihara cəhd hadisəsi baş verib.
Bu barədə jurnalist İradə Nurəddinqızı sosial şəbəkədə məlumat paylaşıb.
Onun sözlərinə görə, metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında bir nəfər kişi binanın damına çıxaraq intihar edəcəyini bildirir.
Onun əlində içi benzinlə dolu plastik qabın olduğu deyilir.
Hadisə yerinə polis və FHN əməkdaşları çağırılıb. Hazırda intihar etmək istəyən şəxslə danışıqlar aparılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib ki, artıq vətəndaş binanın damından aşağı endirilib. //Azvision.az