"Bakıda marşrut avtobuslarının yenilənməsi prosesi davam edəcək".
Aktual.az Femida.az-a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov deyib.
Onun sözlərinə görə, bu məqsədlə sentyabr ayında Bakıya 50-dən artıq yeni marşrut avtobusu gətiriləcək.
M.Abbasov qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi yararsız avtobusları istismara buraxmayacaq: "Yol qəzalarının əksəriyyəti istismara yararsız olan nəqliyyat vasitələrinə görə baş verir. Standartlara cavab verməyən marşrut avtobusları xətlərdən yığışdırılacaq"