Amerika fond bazarında Dow Jones indeksi 0,42% - 18 493,06 bəndədək, S&P 500 0,30% - 2 168,48 bəndədək, NASDAQ 0,05% - 5 097,63 bəndədək azalıb.
Aktual.az APA-ya istinadən bildirir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,30% - 6 710,13 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,50% - 10 198,24 bəndədək, Fransa CAC-40-ı 0,16% - 4 388,00 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 1 dollar azalaraq 1 318,50 dollara, gümüş isə 0,02 dollar artaraq 19,67 dollara satılıb.