Qəbələdə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, iyulun 23-də saat 17:49-da Qəbələ şəhərindən 46 km şimal-qərbdə Qəbələ ərazisində 3,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Zəlzələ ocağı 19 km dərinlikdə yerləşib.