Şamaxı rayonunda zəlzələ olub.
Aktual.az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən report-a verilən məlumata görə, yeraltı təkanlar əsasən yerli vaxtla saat 15:41-də Pirquludan 5 km cənub-şərqdə, Şamaxı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3, dərinliyi 9 km olub.