Ağdam, Qazax və Astara magistral qaz kəmərləri sahəsində carı təmir işləri aparılacaq.
Aktual.az Trend-ə istinadən bildirir ki, iyulun 13-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Ağdam magistral qaz kəmərləri sahəsinin "Quzanlı", "Qaradəmirçi", "Ağcəbədi", Qazax Magistral qaz kəmərləri sahəsinin "Əskipara" və "Qazax", Astara Magistral qaz kəmərləri sahəsinin "Masallı", "Tüklə", "Xarxatan" və "Avrora" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Lənkəran rayonunun Liman, Hirkan, Gərmətük, Aşağınüvədi, Boladi, Şağlasel və Mamusta, Masallı rayonunun Ərkivan, Musaküçə, Qızılavar, Mahmudavar, Türkoba, Bədalan və Boradigah kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Ağcabədi, Ağdam, Bərdə və Qazax rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.