Xəzər dənizində zəlzələ baş verib.
Aktual.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yerli vaxtla 5:06-da Xəzər dənizində maqnitudası 3 olan zəlzələ qeydə alınıb.
Dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.