İlham Əliyev Türkiyəyə gedir

İlham Əliyev Türkiyəyə gedir

Prezident İlham Əliyev Türkiyəyə səfərə gedəcək. 

Səfər 23-24 may tarixlərinə planlaşdırılır. İham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar sammitində iştirak edəcək. 

Sammitə BMT-nin baş katibi Pan Gi Munla yanaşı dünyanın bir çox nüfuzlu şəxsləri dəvət olunub.

Prezident İlham Əliyevin Türkiyəyə sonuncu səfəri aprelin 13-də olub. Həmin səfər zamanı prezident İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak edib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüb. Görüşlər zamanı ikitərəfli əməkdaşlıqlar müzakirə olunub.//Anspress.com 


Xəbər 536 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR