Akademik Milli Dram Teatrının əməkdaşı, əməkdar artist Tofiq Hüseynov Milli Onkologiya Mərkəzində əməliyyat olunub.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, hazırda T. Hüseynovun vəziyyəti qənaətbəxşdir: “Tofiq Hüseynovun səhhətində qorxulu hal yoxdur, əməliyyat uğurla keçib. Hazırda Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsində həkim nəzarəti altındadır. Əməkdar artist sabah palataya köçürüləcək”.