Cəbhədəki vəziyyət müzakirə olundu.
Aprelin 26-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Bakı şəhərindəki Assosiasiyasının növbəti toplantısı keçirilib.
Bu barədə nazirlikdən bildiriblər.
Qeyd olunub ki, toplantıda Assosiasiyanın daxili məsələləri müzakirə olunub və bir sıra qərarlar qəbul edilib.
Bundan əlavə, Assosiasiyanın üzvlərinə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki cari vəziyyət barədə danışılıb, Ermənistan silahlı bölmələri tərəfindən atəşkəs rejiminin aramsız pozulmasını əks etdirən materiallar, eləcə də məsələyə dair Azərbaycan hökumətinin rəsmi mövqeyi və Müdafiə Nazirliyinin məlumatı təqdim olunub.
Müdafiə nazirinin təsdiq etdiyi Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin 2016-cı il üçün Tədbirlər Planına əsasən, növbəti fəaliyyətlərin həyata keçirilməsinin gedişi müzakirə edilib.