Roma Papası 30 sentyabr- 2 oktyabr tarixlərində Azərbaycan və Gürcüstana səfər edəcək.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete bildirib.
“Mayın ortalarında konkret proqramın müəyyənləşdirilməsi üçün Vatikandan Azərbaycana nümayəndə heyəti gələcək”, - deyə o bildirib.
V. Feketenin sözlərinə görə, nümayəndə heyətinin səfəri zamanı Azərbaycan prezidenti və dini liderlərlə görüşlər planlaşdırılır.