Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bir neçə gün davam edən mülayim isti hava şəraitindən sonra aprelin 22-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək, şimşək çaxacaq, arabir yağış yağacaq. Yağışın bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək.