Bakıda intihar hadisəsi baş verib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, Pirallahı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun 29-cu məhəllə, ev 15, mənzil 89 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1953-cü il təvəllüdlü Kazibenko Olqa Nikolayevna yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, son iki gündə Bakıda daha iki qadın özünü binadan ataraq intihar edib.