Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü barədə detallar məlum olub.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, diplomatik mənbədən verilən məlumata görə, görüş Bakıda keçiriləcək. Belə ki, Rusiya XİN rəhbəri S.Lavrov cari il aprelin əvvəlində Bakıya səfər edəcək.
Görüşdə E.Məmmədyarov rusiyalı həmkarı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.
Gündəlikdə həmçinin Şimal-Cənub layihəsinin realizəsi məsələsi də var.