Metro istifadəçilərinin sayı bir ildə 6%-ə yaxın azalıb.
Bu ilin yanvar-fevral ayları ərzində Bakı metrosu ilə daşınan sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən azalıb.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 34 milyon nəfər olub.
Bu göstərici ötən il ilə müqayisədə 5,9% azdır. Ümumilikdə, bu il nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,7%-i metronun payına düşür.