Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

“Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2014-cü il 8 may tarixli 442 nömrəli sərəncamında dəyişiklik edilib.

Aktual.az xəbər verir ki, dəyişikliklə bağlı sənədi Prezident İlham Əliyev imzalayıb.

Sənədə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus Milli Nüvə Tədqiqatları Mərkəzinin səlahiyyətlərinin həyata keçirilməsi bir neçə dövlət orqanına həvalə edilib.

İndiyədək Nazirlər Kabineti Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, inkişaf istiqamətlərinin müəyyən edilməsi, törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi, eləcə də xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi səlahiyyətinə malik idi.

Dəyişikliklə Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi də Nazirlər Kabinetinə həvalə edilib. 

Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR