Əməkdar artist Firuzə İbadova bir neçə saat əvvəl vəfat etmiş Xalq artisti İlhamə Quliyevanın evinin qarşısına gəlib.
Aktual.Az-ın məlumatına görə, aznews.az-a açıqlamasında F.İbadova 45 illik rəfiqəsini itirdiyini deyib:
“Bu illər ərzində onunla bacı kimi olmuşuq. Sənətdə hər zaman yanımda olub, dəstəyim olub. Gərək ölməyəydi... İlhamə Quliyeva Azərbaycan sənətində sayılan, seçilən, öz sözünü demiş şəxslərdəndir. Onu stresslər bitirdi. Allah rəhmət eləsin”.