İŞİD-dən daha bir vəhşilik

İŞİD-dən daha bir vəhşilik
  • DÜNYA

Liviyanın Sabrata şəhərində İŞİD silahlıları 17 təhlükəsizlik qüvvələri əməkdaşını öldürüb.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Sabrata şəhərinin meri bildirib.

Belə ki, 6 nəfər fevralın 23-də terrorçularla gedən döyüşlərdə ölüb. Bir gün sonra isə terrorçular təhlükəsizlik idarəsinin binasını ələ keçirərək 11 nəfərin başını kəsiblər.

Qeyd edək ki, fevralın 19-da ABŞ hərbi təyyarələrinin Sabrata şəhərinə hava zərbələri endirməsi nəticəsində 49 nəfər ölüb. Hədəfdə bir neçə terror aktının təşkilatçısı sayılan tunisli terrorçu Nurəddin Şuşanın olduğu bildirilir.

Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR