Azərbaycanda dolların məzənnəsində ucuzlaşma olub.
Aktual.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb.
Bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5604 manat təşkil edir.
Avronun məzənnəsində də ucuzlaşma olub. Belə ki, hazırda 1 avro 1,7336 manata dəyişdirilir.