Xəzərdə zəlzələ olub.
Aktual.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, fevralın 19-da yerli vaxtla saat 16:26-da Xəzər dənizində zəlzələ qeydə alınıb.
Maqnitudası 3,0, dərinliyi isə 9 km olan zəlzələ hiss olunmayıb.