Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi
  • DÜNYA

İtaliyanın dünyaşöhrətli yazıçı-mütəfəkkiri və filosofu Umberto Eko 84 yaşında vəfat edib.

Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə "Corriere della Sera" qəzeti xəbər verib.

U.Eko "Qızılgülün adı (1980), "Fukonun rəqqası" (1988), "Bir gün əvvəlki ada" (1994) və digər məşhur əsərlərin müəllifidir. Yazıçının son romanı "Sıfır Sayı" 2015-ci ildə işıq üzü görüb.

Umberto Eko 1932-ci il, yanvarın 5-də İtaliyanın Alessandriya şəhərində anadan olub. Müxtəlif vaxtlarda tarix və jurnalistika ilə məşğul olub. U.Eko fransız Fəxri Legion Ordeninin kavaleri və bir çox mükafatların sahibi olub.

Xəbər 269 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR