ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdı

ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdı

ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok (Steve Bullock) rəsmi bəyanat imzalayaraq, Xocalı qətliamının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevral tarixini "Xocalını Anma Günü" günü olaraq tanımağa və yad etməyə cağırıb.


Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna daxil olmuş sənəddə Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib.

Qeyd edək ki, bu bəyanat, Montana ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir.

Bəyanatda S.Bullok bildirir: "Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla, münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk".

Sənədin sonunda 26 fevral 2016-cı il tarixinin Montanada "Xocalını Anma Günü" olaraq elan edildiyi vurğulanır.

Qeyd edək ki, bu sənədlə ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 20-yə çatıb.

Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR