Terrorçu İŞİD qruplaşması İraqın şimalında yerləşən Mosul şəhərinin 300 sakinini qətlə yetirib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bunu "milli qurtuluşçu"ların təmsilçisi Mahmud əs-Surci bildirib.
"İŞİD dəstələri Mosulun mərkəzində yeni qətliam törədərək 300 nəfəri edam ediblər", - deyə o vurğulayıb.
Əsil ən-Nuceyfin başçılıq etdiyi "Milli Qurtuluş" hərbi birləşməsinin təmsilçisi əlavə edib ki, qətlə yetirilənlərin çoxu keçmiş hərbçi və polis olub.