Yaponiyanın Xonsyu adasının şərq sahilində 5,6 bal gücündə zəlzələ baş verib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14.31-də (Bakı vaxtı ilə 09.31) Miyako şəhərindən 85 km şərqdə qeydə alınıb. Zəlzələnn ocağı 17,5 km dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə məlumat yayılmayıb. Sunami təhlükəsi elan olunmayıb.