Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, axşama doğru kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, paytaxtda və yarımadada güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 0-3 şaxta, gündüz 0-2 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq.

Yanvarın 26-də Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi rayonlarda intensiv olacağı ehtimal var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2-dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR