Rusiyada dollar sürətlə bahalaşır

Rusiyada dollar sürətlə bahalaşır
  • DÜNYA

Moskva birjasında ticarət əməliyyatlarının ilk dəqiqələrində bir dolların məzənnəsi 81 rubl göstəricisini ötüb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bir avro isə 88,75 rubla çatıb.

Yanvarın 25-i olan məzənnələrə əsasən dollar və avro müvafiq olaraq 76,90 və 83,10 rubl olub.

Qeyd edək ki, rubl neft qiymətlərinin azalması fonunda xarici valyutaya nisbətdə ucuzlaşır. Brent markalı neftin bir bareli 29,96 dollar olub.

Xatırladaq ki, bir qədər əvvəl 2015-ci ildə ilk dəfə bir barelə görə neftin qiymətinin 25 dollara düşəcəyini bildirən nefttreyderi, “Andurand Capital” fondunun rəhbəri Pyer Andyuran yaxın iki ildə qiymətlərin 70 dollara qədər artacağını proqnozlaşdırılıb.

Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR