Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Küveytdəki səfirliyinə yeni təyinatla bağlı sərəncam imzalayıb.
Akktual.az xəbər verir ki, sərəncamda deyilir:
“Elxan Cahangir oğlu Qəhrəmanov Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”.
***
Prezidentin digər sərəncamı ilə Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Akktual.az