Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi
  • DÜNYA

Məşhur fransız yazıçısı Mişel Turnye 92 yaşında vəfat edib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “Le Monde” qəzeti xəbər verib.

Fransız ədəbiyyatının klassiki sayılan M.Turnye Şuazel şəhərində dünyasını dəyişib.

Mişel Turnye 1924-cü ildə Parisdə dünyaya gəlib. O, “Radio France” və “Europe 1”-də uzun müddət jurnalist işləyib. Eyni zamanda, alman dilindən bədii tərcümələr edib.

M.Turnyenin ilk romanı 1967-ci ildə işıq üzü görüb. Onun 1970-ci ildə nəşr etdiyi məşhur “Meşə hökmdarı” əsəri isə Qonkur mükafatına layiq görülüb.

Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR