Yanvarın 7-də Bakı şəhərinin Sabunçu və Nərimanov rayonlarının Böyükşor gölü ətrafında olan, eləcə də Nizami rayonunun Mikayıl Əliyev və Çobanzadə küçələri boyu abonentlərin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Aktual.az-a verilən məlumata görə, məhdudiyyət Bakı şəhəri Heydər Əliyev prospektindən keçən magistral su xətlərinin dəyişdirilməsi işləri ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Aktual.az