Yerevanda polis binası qarşısında etiraz aksiyası keçirilir.
Aktual.az bildirir ki, Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, etirazçılar "Yeni Ermənistan" cəbhəsinin fəallarının müdafiəsinə qalxıblar.
Onlar cəhbhənin üzvü Syuzi Gevorqyanın döyülməsini pisləyərək polisin günahkarların tapmasını tələb edirlər.