Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) yeni müdir təyin edilib.
Aktual.az-ın trend-ə istinadən verdiyi məlumata görə, dekabrın 28-də təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Məhəbbət Vəliyeva BŞTİ-nin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, bu təyinata qədər M.Vəliyeva İdarənin müdir müavini vəzifəsində çalışıb.
Həmçinin, təhsil nazirinin digər əmrləri ilə Rəşad Tağıyev BŞTİ-nin müdir müavini vəzifəsinə, İlhamə Abdullayeva İdarənin İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə, Raman Məmmədov isə qurumun İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunublar.