Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Hava hücumundan müdafiə təlimi” üçün Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərmanı təsdiqləyib.
Xəbər verir ki, fərmana əsasən, iki hökumət arasında 2015-ci il sentyabrın 3-də Bakı şəhərində və sentyabrın 18-də Ankara şəhərində imzalanan Anlaşma Memorandumu təsdiq edilməlidir.
Eyni zamanda, Azərbaycanın Müdafiə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycanın Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərməlidir.