Millət vəkili Qənirə Paşayeva Ankara Bayırbucak Türkmənlərinə yardım aksiyasında iştirak edib və Türk dünyasına onlara dəstəklə bağlı çağırış edib.
AKtual.az-ın məlumatına görə, Q. Paşayevanın Türkiyədə Suriya türkmənləri təmsilçiləri ilə görüşündə onlar millət vəkilinə Bayırbucaqda türkmənlərin düşdüyü ağır vəziyyət barədə geniş məlumat veriblər və bütün Türk dünyasından dəstək gözlədiklərini bildiriblər. Millət vəkili Suriya türkmənləri təmsilçiləri ilə görüşündən sonra Ankara Gölbaşı Bələdiyyəsi tərəfindən Suriyanın Bayırbucak bölgəsindəki Türkmənlərə yardım aksiyasında iştirak edib.
Gölbaşı Bələdiyyə Başkanı Fatih Duruay, millət vəkili Qənirə Paşayeva Türk dünyasının müxtəlif bölgələrindən aydınlar, şairlər və yazarların iştirak etdiyi tədbirdə və yüklə dolu Tırların yola salınma mərasimində çıxış edən Gölbaşı Bələdiyyə başqanı Fatih Duruay "Zülmə uğrayan Bayırbucak Türkmənlərimizə yardım etmək üçün, onların çəkdiyi əziyyətə biraz da olsa mərhəm olmak üçün, o çocuqlarımızın, qadınlarımızın acılarına ortak olabilmək üçün onlara əlimizdən gələn yardımları etmək, onların yanında olduğumuzu hiss etdirmək üçün biz Gölbaşı Bələdiyyəsi olaraq yardım kampanyası həyata keçiririk. Biz bugün birlik ve bərabərlik içərsində olduğumuzu bütün dünyaya hayqırmak istəyirik. Qan və gözyaşının bitməsi gərəkdiyini, insanlığın sevgiylə, xoşgörüylə bağlanması gərəkdiyini bütün dünyaya duyurmak istəyirik" deyib. Millət vəkili Q. Paşayeva isə çıxşında bu cür yardım kampaniyalarının həyata keçirilməsi və ağır vəziyyətdə olan Bayırbucaqdakı qardaş-bacılarımıza ehtiyacları olan şeylərin göndərilməsinin vacibliyindən geniş danışıb.
Gün, qardaşlıq günüdür, birlik və bərabərlik günüdür süyən millət vəkili Q. Paşayeva insanımız daha çox acı çəkməməsi, zülm görməməsi üçün birlik və bərabərliyimizi daha da gücləndirməli və onların yanında olmalıyıq deyib. Türk dünyasına səslənırək bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram deyən millət vəkili Q. Paşayeva harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir Türk insanını imkanları daxilində Bayırbucak türkmənlərinə yardım göstərməyə çağırıb.
Biz maddi yardımlarla bərabər mənəvi, siyasi dəstəyimizlə də daha çox onların yanında olmalıyıq deyən millət vəkili Qənirə Paşayeva bütün dünyada yaşayan Türk insanını Bayırbucak türkmənlərinin səsi olmağa və onlarla bağlı həqiqətlərin dünyaya daha geniş duyurulmasında fəal olmağa çağırıb. Tədbirin sonunda qida məhsulları ilə bərabər təsili ehtiyac duyulan bir sıra məhsullardan ibarət 3 Tırdan ibarət yardım karvanı Bayırbucağa yola salınıb.
AKtual.az