Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist  vəfat etdi

ANS telekanalının xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, uzun müddətdir xərçəndən əziyyət çəkən jurnalist Gülər Məmmədova bir saat əvvəl dünyasını dəyişib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, son günlər Gülər Məmmədovanın vəziyyəti ağırlaşmışdı. O, ağciyərlərində problem yarandığına görə, çətin nəfəs alırdı. Bu səbəbdən G.Məmmədova üç gün idi ki, süni nəfəs aparatına qoşulmuşdu.

Uzun müddətdir qan xərçəngindən əziyyət çəkən Gülər Məmmədova Türkiyədə müalicə olunmuşdu. Daha sonra Azərbaycana qayıdan jurnalistin vəziyyəti yenidən pisləşmişdi. Müayinə zamanı məlum olmuşdu ki, o, yenidən qan xərçənginə tutulub.

G.Məmmədova müalicə almaq üçün yenidən Türkiyəyə aparılmışdı. Lakin bu dəfə müalicə nəticə verməmiş və onun vəziyyəti ağırlaşmışdı. Onun Osman və Ayan adında iki azyaşlı övladı var.

Allah Rəhmət Eləsin...

Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR