Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 dollar artaraq 41,91 dollar təşkil edib.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,16 dollar artaraq 44,77 dollar olub.