Bu gün səhər saat 10 radələrində metronun "Elmlər Akademiyası" stansiyasında 20-23 yaşlarında bir gəncin halı qəfildən pisləşib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, sərnişinlərin köməyi ilə stansiyaya çıxarılan gəncin burnundan qan açılıb.
Sərnişinlər və stansiya bələdçisi tərəfindən gəncə ilk tibbi yardım göstərilib.