Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Noyabrın 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz mülayimləşən şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 6-8 dərəcə, gündüz 10-14 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarda yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə, gündüz 10-15 dərəcə, dağlıq rayonlarda gecə 2-7 dərəcə, gündüz 7-12 dərəcə isti olacaq.
Noyabrın 28- i gündüzədək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Noyabrın 29-u günün ikinci yarısından 30-dək meteoloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR