SSRİ xalq artisti Eldar Ryazanov Moskvada klinikaların birinə yerləşdirilib.
Aktual.az-ın Trend-ə istinadən verdiyi xəbərə əsasən, bunu Ryazanovun ailə üzvləri deyib.
"Eldar Aleksandroviçin vəziyyəti bir sıra göstəricilərə əsasən pisləşib. Zəiflik artır. Analizlər ürəkaçan deyil. Biz onu bu gün müayinədən keçmək və peşəkar həkimin nəzarəti altında olması üçün xəstəxanaya yerləşdirməyə qərar verdik", - mənbə bildirib.