Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Noyabrın 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim cənub - qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 7-10 dərəcə, gündüz 14-18 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə, gündüz 12-17 dərəcə, dağlıq rayonlarda gecə 3-8 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.

Xəbər 517 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR