İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı tutuldu

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı tutuldu
  • DÜNYA

Rusiyanın Federal Təhlükəsizlik Xidməti İŞİD sıralarına qoşulmaq istəyən iki nəfəri saxlayıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, İvanov vilayətində keçirilən əməliyyatda həbs edilənlərdən birinin azərbaycanlı olduğu qeyd edilir. Şərti adı “Əli” kimi qeyd olunan azərbaycanlı gənc sosial şəbəkədə dostları ilə Suriyada baş verən hadisələr barədə yazaraq Suriyaya getməyi planlaşdırdığını bildirib.

Digər şəxs isə “Domodedovo” aeroportundan Qətərə uçmaq istəyərkən saxlanılıb. Onun ali məktəb tələbəsi olduğu bildirilir.

Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR