Magistr olmaq istəyənlərin nəzərinə

Magistr olmaq istəyənlərin nəzərinə

Azərbaycanda uzun illər müzakirə olunan və parlamentin ötən sessiyasında ilk oxunuşda qəbul olunan “Elm haqqında” qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq.
Aktual.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, qanun layihəsi parlamentin payız sessiyasının gündəliyinə salınıb.

Müzakirələr zamanı ilk oxunuşda səsləndirilən təklif və tövsiyələr, eləcə də müxtəlif qurumlar tərəfindən alınan rəylər araşdırılaraq Elm və təhsil komitəsində nəzərdən keçiriləcək, müvafiq sayılanlar növbəti müzakirə zamanı sənəddə əksini tapacaq.

8 fəsil və 47 maddədən ibarət yeni layihədə indiyə qədər bu sahədə boşluq olan bütün məqamlar əksini tapıb. Layihəyə əsasən, Azərbaycanın elm adamları öz elmi nəticələrini və məhsullarını xarici ölkələrdə sərbəst sata biləcəklər. Bundan başqa, layihədə Azərbaycanda gənc alimlərin və elmi işçilərin mənzillə təmin olunması üçün onlara güzəştli kreditlər və torpaq sahələrinin ayrılması təklif olunur. Qanun layihəsində doktorantura və magistraturada təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi də əksini tapıb. Yeni oxunuşda bir sıra yeniliklərin əlavə olunduğu bildirilir.

Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR