Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Mülayim cənub-qərb küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında sabah  bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindənverilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 13-16, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.
 
Azərbaycanın bəzi rayonlarında sabah yağış yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub qərb küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturu gecə 4-9, gündüz 12-17, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR