Uşağın cinsiyyətiylə bağlı hesablamalar, əlbəttə, təxminidir və xromosomların xüsusiyyətinə əsaslanır.
Insanın cinsiyyətini müəyyən edən xromosomların kombinasiyasıdır. XY birləşməsi kişi, XX isə qadın deməkdir. Ona görə də qadının yumurta hüceyrələrinin hamısında yalnız X xromosomu olur. Amma kişinin spermatozoidləri ya X, ya da Y xromosomunu daşıyır. Mayalanma zamanı bu xromosomlardan biri qadının X xromosomu ilə birləşir. Beləliklə X xromosomu X-lə birləşərsə XX—qız, Y-lə birləşərsə XY—oğlan olar.
Xromosomların birləşməsinə təsir etmək olarmı?
Xromosomları hətta laboratoriya şəraitində, süni mayalanma zamanı birləşdirəndə belə 100% nəticə əldə olunmur. Ancaq məlumatlı olsanız, bəlkə də istədiyiniz nəticəni əldə edə bilərsiniz.
Kişilərə məxsus Y xromosomlarını daşıyan spermalar daha sürətli, hərəkətli olur və yumurta hüceyrəyə daha tez çatır. Amma Y xromosomları X-dən fərqli olaraq, zəifdir və tez məhv olur. Ona görə də oğlan övladı, yəni Y-in X-lə birləşməsini istəyənlər mayalanma günü, ya da mayalanmadan əvvəlki gün cinsi əlaqədə olmalıdır. (Mayalanma menstruasiyanın ilk günündən iki həftə sonra–ikinci həftənin sonu, üçüncü həftənin əvvəli baş verir.)
Qız övladı istəyirsinizsə, mayalanmadan ən azı 2-3 gün əvvəl cinsi əlaqədə olmalısınız. Çünki X xromosomunu daşıyan spermalar bir neçə gün qalıb, mayalanma dövrünü gözləyə bilir. Y xromosomları isə zəifdir və mayalanma gününə qədər qalmaya bilər. Nəticədə ananın X xromosomları atanın X xromosomları ilə birləşər və qız (XX) övladı dünyaya gələr.
Cütlüyün cinsi fəallığı da uşağın cinsiyyətinə təsir edir. Cütlük çox fəaldırsa, yəni hər gün, ya da bir gündən bir cinsi əlaqədə olursa, onların övladının oğlan olacağı ehtimalı böyükdür. (Bu da xromosomların fəallığı prinsipinə əsaslanır. Y xromosomları fəal olduğundan qadının X xromosomu ilə daha tez birləşir). Cütlüyün cinsi fəallığı az olanda qız doğulur.
Çünki mayalanma dövrünə qədər yalnız X xormosomları yaşayır.
Uşağın cinsiyyətini müəyyən etmək üçün riyazi üsullar var. İki populyar üsulla tanış olun.
1. Mayalanma zamanı ana öz yaşını göstərən rəqəmdən 19 rəqəmini çıxır. Alınan rəqəmin üzərinə doğuşun planlandığı ayın göstəricisi olan rəqəmi gəlir. Tək ədə alınsa oğlan, cüt ədəd alınsa qız uşağı doğulacaq.
2. Sadə tənlikdən istifadə edirik:
49-(3xM-Y+1)
M—mayalanma günü (təxmini)
Y—ananın yaşı (mayalanma zamanı)
Bu düsturla hesablama nəticəsində cüt ədəd alınsa oğlan, tək ədəd alınsa qız uşağı gözləmək olar.
Qədim inanclar da var.
Qədim Çin və Yapon üsullarına görə oğlan övladına sahib olmaq istəyirsinizsə, yağmursuz gecədə, göydə aypara görünəndə cinsi əlaqədə olmalısınız. Otaq sərin olmalı, pəncərənin nəfəsliyi açıq qalmalıdır.
Qadın başı şimala doğru uzanmalı, yastığının altına kişiyə məxsus əşya qoymalıdır.
Bu vacib gecədən əvvəlki 3 həftə ərzində qadın ət, balıq yeməkləri, meyvə, meyvə qurusu, kartof, göbələk yeməli, çay, şirə içməlidir. Balıqdan başqa dəniz məhsulları ilə qidalanmamalıdır. Süd və süd məhsullarından, yumurta sarısı və un məhsullarından, eləcə də çörəkdən imtina etməlidir. Gecə ərəfəsi kişi soyuq su ilə yuyunmalıdır.
Qız övladın istəyənə yağışlı gündə, göydə bədirlənmiş ay görünəndə cinsi əlaqədə olmağı tövsiyyə edirdilər. İnanca görə yatağa axşamçağı girməli, otağı çəhrayı bəzəməli, qadın başı cənuba uzanmalı, yastığının altına çəhrayı lent qoymalıdır. Pəncərənin nəfəsliyi bağlanmalı, otağa ətir səpilməlidir. O gecədən əvvəlki 3 həftə ərzində ana süd məhsullarından bol istifadə etməli, göyərti, xiyar, kök, çörək yeməlidir. Meyvə qurusu, ət və duzlu yeməyi azaltmalıdır.
Deyilənə görə kişi qadınını, qadın onu sevdiyindən çox sevirsə, oğlan, əksinə olanda qız doğulur.
Unutmayın ki, bala insan üçün ən şirin paydır. Siz artıq hamiləsinizsə, uşağın cinsiyyəti barədə arzularınızı unudun! Balanızın özünü arzuolunmaz varlıq hesab etməsinə imkan verməyin!
// Aktual.az