Moldova baş naziri Valeriy Streleç ölkə prezidenti Nikolay Timoftinə istefa ərizəsini təqdim edib.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti xəbər yayıb.
“Prezident baş nazir vəzifəsini kimin yerinə yetirilməsinə dair qərar verməlidir. Biz bu məsələni müzakirə etmişik, lakin son qərarı baş nazirin müavinləri ilə məsləhətləşmələrdən sonra verəcəyik”, - deyə Timofti bildirib.
Baş nazir postundan istefa verən Valeriy Streleçi Georgi Breqa əvəzləyəcək. Qeyd edək ki, Streleçin hökumətdə sosial məsələlər üzrə vitse-baş nazir olub.