Azər Kərimlinin seçicilərlə görüşləri davam edir -FOTOLAR

Azər Kərimlinin seçicilərlə görüşləri davam edir  -FOTOLAR

Milli Məclisə keçiriləcək seçkilərdə 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir.

Aktual.az-ın xəbərinə görə deputatlığa namizəd rayonun daha 4, Turaclı, Marsan, Çüdüllü və Cəlayir kəndlərinin  sakinləri ilə görüş keçirib. Azər Kərimli bu gün seçicilərlə ilk görüşünü Turaclı kəndində keçirib. Görüş seçicilərin xüsusi fəallığı ilə müşaiyət olunub. Turaclı sakinləri Azər Kərimlinin ötən 5 il ərzində kəndin və seçicilərin problemlərinə diqqətlə və həssaslıqla yanaşdığını, millət vəkili kimi seçicilərin etimadını doğrultduğunu və bu səbəbdən də ona səs verəcəklərini bildiriblər.  

Deputatlığa namizədin növbəti görüşü rayonun Marsan kəndinə keçirilib. Görüşdə fəal iştirak edən kənd sakinləri Azər Kərimlinin son 5 il ərzində millət vəkili kimi göstərdiyi fəaliyyətdən razı qaldıqlarını deyiblər. Marsan kəndində əsas problemin içməli su ilə bağlı olduğunu bildirən seçicilər Azər Kərimlidən məsələnin müvafiq qurumlar qarşısında qaldırmasını istəyiblər. Deputatlığa namizəd daha öncə olduğu kimi bundan sonra da seçicilərin problemlərinə diqqətlə yanaşacağını, səlahiyyətləri çərçivəsində bu problemlərin həllinə nail olmaq üçün əlindən gələni <p">əsirgəməyəcəyini bildirib. Marsan seçiciləri 5 il öncə olduğu kimi yenə də Azər Kərimliyə güvəndiklərini və onu dəstəkləyəcəklərini qeyd ediblər.

 Azər Kərimlinin növbəti görüşü Çüdüllü kəndində baş tutub. Burada da seçicilər deputatlığa namizəd Azər Kərimlini yüksək ehtiram və qonaqpərvərliklə qarşılayıblar. Kənd sakinləri Azər Kərimlinin ötən 5 il ərzindəki fəaliyyətini diqqətlə izlədiklərini və razı qaldıqlarını deyiblər. Seçicilərin Çüdüllü kəndinin yolu və kəndə təbii qazın verilməsi ilə bağlı fikirlərini diqqətlə dinləyən deputatlığa namizəd, bu problemlərin həlli üçün müvafiq qurumlara müraciət edəcəyini və daha öncə olduğu kimi onların problemlərinə bundan sonra da diqqətlə yanaşacağını dilə gətirib. Azər Kərimli bu gün üçün seçicilərlə sonuncu görüşünü Cəlayir kəndində keçirib. Cəlayir kəndinin sakinləri Azər Kərimliyə onların problemlərinə hər zaman diqqətlə yanaşdığı və ona göstərilən etimadı doğrultduğu üçün minnətdarlıqlarını bildiriblər. Cəlayir sakinləri seçkilərdə fəal iştirak edəcəklərini və Azər Kərimliyə səs verəcəklərini deyiblər.

Bu gün keçirdiyi bütün görüşlərdə ötən 5 il ərzində daim seçicilərlə sıx ünsiyyətdə olduğunu bildirən Azər Kərimli Qax rayonunda görülən və bundan sonra görüləcək işlərdən danışıb, seçki platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə təqdim edib, onları maraqlandıran sualları cavablandırıb.

 

 

 

 

<p">

 

 

 

 

 

Aktual.az

Xəbər 1109 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR