Araz Bayramov: “Kişi sonsuzluğundan əziyyət çəkənləri o qədər müayinələrə cəlb edirlər ki, onlar bu prosesdən yorulurlar”
“Son illər Azərbaycanda sonsuzluq o qədər sürətlə artıb ki, artıq hər 5-10 ailədən biri övlad sevincindən məhrum olur”.
Belə bir açıqlama ilə Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, tanınmış uroloq-androloq Araz Bayramov çıxış edib.
Onun sözlərinə görə, sonsuzluq zamanı 30 faiz qadınların, 30 faiz kişilərin, 40 faiz də qarışıq səbəblərin payına düşür:
“Əksər hallarda biz övlad həsrətində olan ailələrdə qadınların daha çox müalicəyə cəlb olunmasına rast gəlirik. Amma unuduruq ki, kişi sonsuzluğu da ciddi şəkildə artıb və
sonsuzluq zamanı qadınlarla bərabər kişilər də mütləq müayinədən keçməlidirlər. Burada haşiyəyə çıxaraq, bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, kişi sonsuzluğunu doğuran əsas səbəblərdən biri varikoseldir. Bu mənada ilk növbədə varikoselin olmadığını inkar etmək lazımdır”.
“Bəzən elə olur ki, çox xırda səbəbə görə, ailələr övlad payından məhrum olur” deyən Dr. Araz Bayramov bildirdi ki, bu gün Azərbaycanda varikoselin müalicəsi ən müasir üsullarla həyata keçirilir:
“İlk öncə kişi sonsuzluğundan əziyyət çəkən kişilər qanda hormonlar-FSH və İnhibin B analizlərindən, spermoqramma (sperma analizi) və xayaların dopler müayinəsindən keçməlidir. Yerdə qalan bütün müayinələr bu müayinələrin nəticəsindən asılı olaraq təyin oluna bilər. Qeyd etmək istərdim ki, əksər hallarda ginekoloqlar kişilərə lazımsız müayinələrə göndərişlər verirlər. Bəzən kişi sonsuzluğundan əziyyət çəkənləri o qədər müayinələrə cəlb edirlər ki, onlar bu prosesdən yorulur. Yuxarıda qeyd olunan müayinələr kişilərdə sonsuzluğun olub-olmadığını təyin etmək üçün kifayətdir”.
“Əgər hər hansı kişidə varikoselin olduğu aşkaralanarsa, biz onu bir gün ərzində aradan qaldıra bilirik” deyən Dr. Araz Bayramov söylədi ki, xəstə heç bir ağrı, stress olmadan bu prosesi arxada qoyur:
“Böyüdücü mikroskopun köməyilə biz xəstəni 15 dəqiqə ərzində xaya venaları, xayanı qidalandıran arteriyalara toxunmadan müalicə edirik”.
Xatırladaq ki, Araz Bayramov Avropada təhsil alıb və Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib.
ABŞ-ın məşhur “American”, “Klivlend” klinikaları ilə əməkdaşlıq edən uzman Dr. Araz Bayramov hazırda MTN-nin Hospitalı və “Baku Clinic”də böyrək daşlarının ən müasir üsulla çıxarılması, prostat xərçənginin erkən aşkarlanması və müalicəsi, böyrək kistaları və törəmələrinin laporoskopik müalicəsi, uşaqlarda anadangəlmə böyrək-sidik problemlərinin aradan qaldırılması və digər uroloji-androloji problemləri ən müasir üsullarla aradan qaldırır.
İlk dəfə olaraq ölkəmizdə hər iki böyrək daşlarının tam kəsiksiz, təbii yolla qalxaraq müalicəsini, prostat xərçənginin laporoskopik yolla radikal müalicəsini həyata keçirib.
Dr. Araz Bayramovla əlaqə: 050-234-55-60
//Aktual.az