Azay Quliyevin seçicilərlə görüşləri davam edir

Azay Quliyevin seçicilərlə görüşləri davam edir

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün 7-ci mkr. A.Kunanbayev küçəsinin sakinləri ilə görüşüb.

Görüşdə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Çıxış edən seçicilər Azay Quliyevi xüsusilə beynəlxalq təşkilatlarda Azərbaycanı layiqli təmsil edən deputat kimi tanıdıqlarını, gələcək fəaliyyətində də onu məhz bu sahədə daha fəal görmək istədiklərini bildiriblər.

Söz alan seçici bildirib ki, Azay Quliyev Azərbaycanı beynəlxalq təşkilatlarda layiqincə təmsil edir. Seçicilər həmçinin, yaşadıqları əraziyə xas olan məsələləri deputatlığa namizədin diqqətinə çatdırıb, bəzilərinin həllinə köməklik göstərməsini xahiş ediblər.

Milli Məclisdə qəbul edilmiş “İctimai iştirakçılıq haqqında” Qanunun müəllifi olduğunu xatırladan A.Quliyev bildirib ki, bu qanun əsasında ölkədə ilk “İctimai şura” məhz Binəqədi rayonunda yaradılıb. Qeyd edib ki, seçicilərin dəstəyi ilə yenidən deputat seçildikdən sonra onları narahat edən məsələlərin həllində rayonun “İctimai şura”sı ilə sıx əməkdaşlıq şəraitində çalışacaq.

Görüşdə çıxış edən seçicilər 1 noyabrda Azay Quliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, 15 oktyabrda Azay Quliyevin seçicilərlə növbəti görüşü saat 18.00-da 8-ci mkr. N.Nərimanov küç. 81a ünvanında keçiriləcək.

Aktual.az

Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR