Böyrək daşlarından əziyyət çəkənlər – Ekrana yaxın oturun

Böyrək daşlarından əziyyət çəkənlər  – Ekrana yaxın oturun

Azərbaycanda ilk dəfə olaraq böyrək daşlarının tam təbii yolla qalxaraq,

sidik yolları vasitəsilə heç bir kəsik və dəlik olmadan holmium-lazerlə aradan qaldırılması barədə məlumat vermişdik.

Ən son yeniliklərdən olan “Fleksibl URS” holmium-lazer üsulu ilə böyrək daşları tam parçalanaraq, çıxarılır. İndiyə qədər böyrək daşlarının çıxarılmasında ciddi çətinliklərlə üzləşən xəstələr artıq nəinki bir, hətta hər iki böyrəyində olan daşlardan eyni anda azad olurlar.

Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uroloq-cərrah, Dr. Araz Bayramov tərəfindən həyata keçirilən müalicə üsulu böyrək daşlarından əziyyət çəkən xəstələrə unikal fürsət kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, sentyabrın 25-i, həftənin cümə günü, saat 09:25-də

“Xəzər” TV-nin “Sağlıqla” verilişində Dr. Araz Bayramov hər iki böyrək daşlarının eyni anda müasir müalicə üsulları haqqında danışacaq.

Böyrək daşlarından əziyyət çəkənlər, bu barədə məlumat almaq istəyənlər canlı yayımla efirə gedəcək verilişə qatıla, Dr. Araz Bayramova sual ünvanlaya bilərlər.

Verilişdən sonra Dr. Araz Bayramov facebook səhifəsində (https://www.facebook.com/drarazb) böyrək daşlarından, prostat adenomasından və kişi sonsuzluğundan əziyyət çəkən və ya şübhəsi olan xəstələrin suallarının cavablandıracaq.

Qeyd edək ki, Araz Bayramov Avropada təhsil alıb və uzun müddət Fransanın məşhur Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah kimi çalışıb.

Dünyanın məşhur “Amerikan” və “Klivlend” klinikaları ilə əməkdaşlıq edən uzman Dr. Araz Bayramov hazırda MTN-nin Hospitalında və “Baku Clinic”də uroloq kimi fəaliyyət göstərir.

O, ölkəmizdə ilk dəfə olaraq laporoskopik uroloji əməliyyatları, laporoskopik parsial nefrektomiya, ikitərəfli böyrək daşlarının eyni anda müalicəsini gerçəkləşdirib.

Eyni zamanda prostat adenomasını XXI əsrin qızıl standartı – Plazmakinetik üsulla müalicəsini Azərbaycanda həyata keçirən nadir mütəxəssislərdəndir.

Dr. Araz Bayramovla əlaqə saxlamaq istəyənlər:

050-234-55-60

// Aktual.az

Xəbər 17253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR